- Qərb
- 08:13
- 1 388
Andjey Duda: “Prezidentlik fəaliyyətimə 6 baldan 5 verirəm”

Polşa prezidenti vəzifəsindən gedən Andjey Duda öz fəaliyyətini “beş” ballıq qiymətlə dəyərləndirib.
O, bu barədə "Polsat News" telekanalına verdiyi müsahibədə bildirib.
“Çoxlu çətin qərarlar qəbul etmək lazım idi. Əlbəttə, ‘Birləşmiş Sağlar’ fraksiyasında belə qərarlardan narazı olanlar da var və deyəcəklər ki, bunlar səhv addımlar idi. Amma şəxsən mən hesab edirəm ki, prezident olaraq ‘beşlik’ işləmişəm,” – deyə Duda bildirib.
Qeyd edək ki, o, bu qiyməti altı mümkün baldan verib.
Mövsüm,
AzNews.az