Fransada kommuna meri bıçaqlı hücuma məruz qalıb

Fransanın İzər departamentində yerləşən Vilnöv-de-Mark kommunasının meri Jil Dyusso bıçaqla silahlanmış naməlum bir şəxsin hücumuna məruz qaldıqdan sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə Le Parisien qəzeti məlumat yayıb.

63 yaşlı Dyusso və onun 28 yaşlı oğlu, təxminən 1,2 min nəfər əhalisi olan, Qrenobl və Lion şəhərləri arasında yerləşən kəndlərinin küçələrində gəzinti edirdilər. Yerli vaxtla saat 17:00 radələrində (Bakı vaxtı ilə 18:00) məmura naməlum bir şəxs hücum edib.

İstintaq orqanlarının məlumatına görə, həmin şəxs “bıçaqla merə hücum edib” və ona “sinəsinə üç zərbə endirib”. Cinayətkar hadisə yerindən qaçıb, lakin sonradan avtomobillə geri qayıdaraq “merə və onun oğluna çırpılmağa cəhd göstərib”.

Mövsüm,

AzNews.az