- Qərb
- 7 Oktyabr 16:46
- 1 260
Parisdə keçmiş baş nazirin ofisi yaxınlığında üç partlayış baş verib

Paris şəhərində, vəzifəsindən bir gün əvvəl istefa vermiş ölkənin sabiq baş naziri Sebastyen Lekornunun ofisi yaxınlığında üç partlayış baş verib.
Bu barədə “Independent” portalı məlumat yayıb.
Məlumatda bildirilir: “Parisdə partlayış səsləri eşidilib, daha sonra Fransa baş nazirinin ofisi yaxınlığında bir furqon alovlanıb — bu, onun istefasından cəmi bir gün sonra baş verib.”
Şahidlərin sözlərinə görə, Matignon oteli yaxınlığında ardıcıl üç partlayış səsi eşidilib. Həmin ərazidə Lekornu vəzifədən ayrıldıqdan sonra görüşlər keçirməyi planlaşdırırdı.
Mövsüm,
AzNews.az