- Qərb
- 8 Oktyabr 2025 16:46
- 5 814
AfD Almaniyada məcburi hərbi xidmət təklifini rədd edib
Almaniya üçün Alternativ (AfD) partiyası partiyanın Ukrayna siyasəti ilə razılaşmadığı üçün Almaniya hökumətinin məcburi hərbi xidmət təklifini dəstəkləmir.
Bu barədə AfD-nin həmsədri Alice Veidel bildirib.
"Bizim övladlarımız, oğullarımız, hərbçilərimiz heç vaxt Ukrayna uğrunda ölməyəcək. Biz federal hökumətin hərbi xidmətə çağırış təklifini rədd edəcəyik", - deyə Veidel Facebook-da yazıb.
O əlavə edib ki, partiya Ukraynada münaqişənin gərginləşməsini dəstəkləmək niyyətində deyil.
Mövsüm,
AzNews.az