• Qərb
  • 13 Oktyabr 22:02
  •  1 292

Tramp: III Dünya müharibəsi olmayacaq

"III Dünya müharibəsi olmayacaq".

Aznews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı bildirib.

"Bu, ən böyük, ən mürəkkəb sövdələşmədir. Üstəlik, bu, III Dünya müharibəsi kimi nəhəng problemlərə gətirib çıxara biləcək bir yerdir. Onlar həmişə III Dünya Müharibəsinin Yaxın Şərqdə başlayacağını deyirlər. Bu, baş verməyəcək", - Amerika lideri bildirib.