• Qərb
  • 14 Oktyabr 22:38
  •  1 309

ABŞ Venesuela sahillərində narkotik daşıyan gəmini vurdu

ABŞ Venesuela sahilləri yaxınlığında narkotik daşıdığı iddia edilən gəmini vurub, hadisə nəticəsində gəmidə olan altı nəfər məhv edilib.

Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

Onun sözlərinə görə, ABŞ kəşfiyyatı gəminin narkotik daşıdığını və qanunsuz narkoterror şəbəkələri ilə əlaqəli olduğunu təsdiqləyib.

“Zərbə beynəlxalq sularda endirilib və nəticədə gəmidə olan altı narkoterrorçu kişi məhv edilib”, — Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Mövsüm,

AzNews.az