- Qərb
- 17 Oktyabr 19:20
- 2 020
Almaniya Macarıstana Roma Statutunu xatırlatdı

Macarıstan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutundan irəli gələn öhdəliklərinə əməl etməlidir.
Bunu Almaniyanın xarici işlər naziri Yozef Hinterseer Budapeştdə Rusiya -ABŞ sammitinə hazırlıq zamanı deyib.
"Prinsipcə, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinə üzv dövlətdir, lakin o, 2025-ci ilin aprelində çıxdığını elan etdi. Lakin bu, yalnız bir il sonra, yəni rəsmi elandan bir il sonra qüvvəyə minəcək”,- deyə qeyd edib.
Hinterseer bildirib ki, əgər BCM tərəfindən axtarışda olan şəxs sülh danışıqlarının bir hissəsi kimi nizamnaməyə qoşulan ölkəyə səfər edərsə, heç bir aydın hüquqi tənzimləmə yoxdur. Nazirin qeyd etdiyi kimi, sənədin 97-ci maddəsinə əsasən, axtarışda olan şəxs danışıqlarda iştirak edirsə, əvvəlcədən məhkəməyə məlumat verilməlidir. Bu o deməkdir ki, Macarıstanın özü sammiti təşkil etmək üçün BCC-yə müraciət etməli olacaq.
Mövsüm,
AzNews.az