Tramp Çinlə ədalətli razılaşmanın bağlanmasının vacibliyini bəyan edib

ABŞ və Çin arasında yaxşı münasibətlər olacaq, lakin bunun üçün ədalətli razılaşma lazımdır.

Bu barədə ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib .

"Düşünürəm ki, Çinlə yaxşı olacağıq, amma ədalətli razılaşma əldə etməliyik",-deyə Tramp vurğulayıb.

Bundan başqa, Amerika lideri Cənubi Koreyada Si Cinpinlə görüşəcəyini təsdiqləyib və onunla anlaşdığını bildirib.

Mövsüm,

AzNews.az