- Qərb
- 15:41
- 1 418
Aİ-nin bəyanatı: Rusiyadan qaz idxalı 2028-ci ildə dayandırılacaq

Avropa ilə Rusiya arasında gərginliyin davam etdiyi bir vaxtda diqqətçəkən açıqlama verilib.
Avropa İttifaqı (Aİ) Şurası Lüksemburqda keçirilən iclasda üzv ölkələrin energetika nazirlərinin Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensus əldə etdiklərini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, üzv dövlətlər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara dair mövqelərini müəyyən ediblər.
Planın Rusiyadan enerji asılılığına son qoymaq üçün hazırlandığını xatırladan açıqlamada , "Təklif edilən tənzimləmə, Rusiyadan boru kəməri qazı və LNG idxalına hüquqi cəhətdən məcburi mərhələli qadağa təqdim edir. Bu çərçivədə, 1 yanvar 2028-ci il tarixindən etibarən Rusiya qazına tam qadağa tətbiq ediləcək."
Açıqlamada qeyd olunub ki, plana əsasən, Rusiyadan qaz idxalı 2026-cı il yanvarın 1-dən yeni müqavilələr, 17 iyun 2026-cı il tarixindən etibarən mövcud qısamüddətli müqavilələr və 1 yanvar 2028-ci ildən başlayaraq uzunmüddətli müqavilələr üzrə mərhələli şəkildə dayandırılacaq.
Mövsüm,
AzNews.az