Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) bu həftə Rusiyaya qarşı sanksiyaların 19-cu paketini qəbul etməyi planlaşdırır.

Bu barədə Aİ-nin ali nümayəndəsi Kaja Kallas məlumat verib.

"Bu həftə biz Rusiyaya qarşı yeni, genişmiqyaslı sanksiyalar paketini qəbul etmək niyyətindəyik. Bu gün nazirlər də açıqladılar ki, 19-cu paketdən sonra biz növbəti paket üzərində işləməliyik. Bu, sonuncu olmayacaq", - o, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə deyib.

O, həmçinin qeyd edib ki, Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyalarla bağlı hələlik razılığa gələ bilməyiblər və məsələ Aİ-nin oktyabrın 23-24-də keçiriləcək sammitinə qədər təxirə salınıb.

Mövsüm,

AzNews.az