- Qərb
- 19:57
- 1 441
La Figaro: Sarkozi həbs olunmazdan əvvəl Makronla görüşüb

Prezident Emmanuel Makron sabiq prezident Nikola Sarkozini həbsxanaya göndərilməzdən əvvəl onunla görüşüb.
Bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Məlumata görə, görüş bir neçə gün əvvəl Yelisey sarayında baş tutub və təxminən bir saat davam edib. Makron görüş zamanı Sarkoziyə dəstəyini ifadə edib, baxmayaraq ki, o, sabiq prezidentin işi ilə bağlı ictimai açıqlama verməyib.
Le Figaro yazır:
“Makron ictimaiyyət qarşısında Sarkozi işi barədə susmağı öhdəsinə götürsə də, səhnəarxasında danışmaqdan çəkinməyib. Həbsə göndərilməsinə bir neçə gün qalmış Nikola Sarkozi Yelisey sarayında gizli şəkildə qəbul edilib.”
Mövsüm,
AzNews.az