- Qərb
- 17:39
- 1 436
Tramp: “Həmas düzgün hərəkət etməsə, nəticə tez, qəzəbli və qəddar olacaq”

ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.
Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da qüvvəyə minib.
İsrail ordusunun müqavilədə nəzərdə tutulduğu kimi "sarı xətt"dən çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-da qüvvəyə mindiyi açıqlanıb.
ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yeni açıqlama yayıb.
Qəzzada davam edən atəşkəs prosesindən danışan Tramp növbəti dəfə HƏMAS-ı təhdid edib.
Müttəfiqlərin HƏMAS-a qarşı müdaxilə zərurətində həmfikir olduqlarını bildirən Tramp, “Yaxın Şərqdə və onun ətrafında olan bir çox əsas müttəfiqlərimiz mənə çox şövqlə və çox açıq şəkildə dedilər ki, əgər Həmas bizimlə bağladıqları razılaşmanı pozaraq pis davranmağa davam edərsə, Qəzzaya ağır bir qüvvə ilə girmək və HƏMAS-ı sıraya salmaq fürsətini alqışlayacaqlar", - deyə qeyd edib.
Mövsüm,
AzNews.az