- Qərb
- 21 Oktyabr 21:20
- 1 421
ABŞ vitse-prezidenti JD Vens: Türkiyə atəşkəsdə konstruktiv rol oynadı

Qəzzada atəşkəsi qorumaq üçün diplomatik əlaqələr davam edir.
İsraildəki təmaslarından sonra ABŞ-ın vitse-prezidenti J.D.Vens, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Jared Kuşner ABŞ və İsrailin Qəzza zolağında atəşkəsin tətbiqi və monitorinqi üçün yaratdığı mərkəzdə mətbuat konfransı keçirib.
Qərb mətbuatını tənqid edən Vens , "atəşkəs hər pozulma ilə sona çatır " başlıqlı xəbərlər yayımladıqlarını ifadə edərək, prosesin irəlilədiyini "ancaq bunun zaman alacağını" əlavə edərək, "Atəşkəs bitməyib. Bunlar iki tərəfin uzun müddət mübarizə apardığı üçün baş verir" dedi.
HƏMAS-ın tərksilah edilməli olduğunu və silahlarını yerə qoyan HƏMAS ünsürlərinə amnistiya veriləcəyini bildirən Vens prosesin irəliləməsi və Qəzzada yenidənqurma işlərinin başlaması üçün Həmas bunu etməsinin vacib olduğunu qeyd edib.
Qəzzada yerləşdiriləcək beynəlxalq hərbi qüvvə ilə bağlı sualı cavablandıran Vens, "Buraya xarici qüvvələrdən kimin gələcəyi ilə bağlı israillilərə heç bir təzyiq göstərməyəcəyik",-deyə vurğulayıb.
“Hər kəsin öz rolu var. Bəziləri yenidənqurma, bəziləri meydanda əsgər, bəziləri maliyyələşdirmə, bəziləri isə tərəflər arasında ünsiyyət və münaqişəsiz əməliyyatın təmin edilməsi kimi rollar oynayacaq. Biz türklərin indiyə qədər bu mövzuda konstruktiv rol oynadığını görürük. Buna görə minnətdarıq" .