- Qərb
- 20:08
- 1 410
ABŞ BMT-yə Suriya ilə bağlı çağırış edib: Sanksiyalar yumşaldılmalıdır

Suriya yeni hökuməti ilə yenidən ayağa qalxmağa çalışır.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Mayk Vals Suriyadakı hadisələri "Yaxın Şərqdəki vəziyyət" başlığı altında müzakirə etmək üçün toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edib
Vals Suriya hökumətini ABŞ prezidenti Donald Trampın Suriya xalqına qarşı sanksiyaları yumşaltmaq üçün verdiyi açıqlamanın yaratdığı imkanlardan istifadə etməyə çağırıb və bildirib ki, xalqın rifahı üçün bu ölkəyə qarşı sanksiyalar daha da yumşaldılmalıdır.
“Bu kontekstdə biz bu Şuranı BMT-nin Suriyaya qarşı sanksiyalarının yumşaldılması, o cümlədən BMT-nin 1267 saylı qətnaməsi əsasında sanksiyalara məruz qalan Suriyanın bəzi liderlərinə qarşı sanksiyaların ləğvi ilə bağlı səyləri dəstəkləməyə çağırırıq”, - deyə Vals bildirib.
Mövsüm,
AzNews.az