ABŞ-da dəhşətli qəza baş verib: ölənlər var

ABŞ-ın Ontario ştatında, 10 Freeway-də dəhşətli qəza baş verib. Narkotikin təsiri altında olan 21 yaşlı yük maşını sürücüsü Caşanpreet Sinqh idarəetməni itirərək qarşısındakı avtomobillərə çırpılıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb, səkkiz avtomobilə ziyan dəyib. Sinqh qəzadan sonra narkotikli maşın sürmək və nəqliyyat vasitəsi ilə adam öldürmə ittihamı ilə həbs edilib.

Kaliforniya Yol Patrulunun (CHP) məmuru Rodriqo Ximenez, sürücünün xəstəxanada müayinə olunduğunu və narkotik maddənin təsiri altında avtomobil idarə etdiyini açıqladı. CHP məmurları qəzaya görə məsuliyyət daşıyan yük maşınına mexaniki baxış keçirəcəklərini və kamera görüntülərinin heç kimin sürücünün yolunu kəsmədiyini açıq şəkildə göstərdiyini bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Mövsüm,

AzNews.az