- Qərb
- 23 Oktyabr 19:55
- 1 609
Orban: Əgər Brüssel ABŞ prezidentinin sülh missiyasına mane olmasaydı, müharibə çoxdan bitəcəkdi

Macarıstan üzvü olduğu Avropa İttifaqını hədəfə almaqda davam edir.
Baş nazir Viktor Orban 1956-cı ildə antisovet Macarıstan qiyamının 56-cı ildönümü münasibətilə keçirilən "Sülh marşı" ndan sonra vətəndaşlara müraciət edib .
O bildirib ki, Ukraynaya qarşı müharibədən qaçmaq lazımdır.
Paytaxt Budapeştdə Orban və iqtidar partiyası Fidezi dəstəkləyən minlərlə vətəndaşın qatıldığı yürüşün ardından etdiyi çıxışda Macarıstanın Ukraynadakı müharibədən kənarda qalması lazım olduğunu müdafiə edən Orban, Avropa Birliyinin Ukrayna siyasətlərini sərt şəkildə tənqid edib.
Orban deyib ki, Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün bir araya gələn Könüllülər Koalisiyasına “Ukrayna uğrunda öləcək könüllülər koalisiyası” adı verilməlidir .
Bu koalisiyanın hərbi ittifaq olduğunu müdafiə edən Orban, "Daha çox silah və daha çox pul göndərməyə hazırdırlar. Ukrayna-Rusiya müharibəsini öz müharibələri elan etdilər və bu yolla müharibəyə qatıldılar. Boyunlarına qədər müharibə bataqlığına batıblar",-deyə Orban qeyd edib.
Mövsüm,
AzNews.az