Serbiya Prokurorluğu Prezident Vuçiçi səlahiyyətlərini aşmaqda ittiham etdi

Serbiyanın mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorluğu (JTOK) ölkə prezidenti Aleksandar Vuçiçi səlahiyyətlərini aşmaqda və onlardan sui-istifadə etməkdə ittiham edib.

Bu barədə qurumun rəsmi saytında yayımlanan press-relizdə məlumat verilib.

Bəyanatda qeyd olunur:

“Mütəşəkkil cinayətkarlıqla mübarizə prokurorluğunun kollegiyası ictimaiyyətə bildirir ki, respublika prezidenti səlahiyyətlərini aşmış və onlardan sui-istifadə etmişdir. O, aparılan cinayət işləri ilə bağlı açıqlamaları vasitəsilə bu prokurorluğun fəaliyyətinə qanunsuz və yolverilməz təsir göstərməyə cəhd edib.”

Prokurorluğun məlumatına görə, ittihamın səbəbi Vuçiçin 3 noyabrda TV Prva kanalına verdiyi müsahibədə prokurorluğun işini sərt şəkildə tənqid etməsi olub. Qurum hesab edir ki, prezidentin bu çıxışları onun açılmış istintaqlara təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər.

Mövsüm,

AzNews.az