ABŞ Minuteman III qitələrarası ballistik raketini sınaqdan keçirdi

ABŞ silahlı qüvvələri döyüş başlığı ilə təchiz edilməmiş Minuteman III tipli qitələrarası ballistik raketin (QBR) sınaq buraxılışını həyata keçirib.

Bu barədə ABŞ-ın Kosmik Qüvvələri məlumat yayıb.

Sınaq buraxılışı Kaliforniya ştatındakı Vandenberq kosmik bazasından icra edilib. Bildirilib ki, silahsız raketin döyüş başlığı təxminən 4200 mil (təqribən 6700 km) məsafə qət edərək Ronald Reyqan sınaq poliqonuna çatıb.

Baza rəhbərliyinin açıqlamasında deyilir:

“Reyqan adına sınaq poliqonu yüksək dəqiqlikli radar sistemləri, optik sensorlar və telemetriya qurğuları ilə təchiz edilib. Bu sistemlər uçuşun son mərhələsində kritik məlumatların toplanmasını təmin edib.”

Bu sınaq, ABŞ-ın nüvə silahı daşıma qabiliyyətinə malik strateji qüvvələrinin etibarlılığını və hazır vəziyyətini yoxlamaq məqsədi daşıyır.

Mövsüm,

AzNews.az