- Qərb
- 15:18
- 1 242
Orban Aİ-nin Ukraynaya maliyyə ayırmasını dəlilik adlandırıb
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya maliyyə ayırması qərarını “dəlilik” adlandırıb.
O, Facebook-da yazıb: "Avropalı vergi ödəyicilərinin pullarını Brüsselə atmaq necə də bərbaddır. Bu dəlilikdir".
Orbanın sözlərinə görə, avropalı vergi ödəyicilərinin vəsaitləri “cəbhədə xərclənməsə, hərbi mafiyaya veriləcək”. O vurğulayıb ki, Macarıstan öz vətəndaşlarının vəsaitlərini Ukraynanı maliyyələşdirməyə yönəltməyəcək və “Ukrayna prezidentinin şantajına” uymayacaq.
Mövsüm,
AzNews.az