- Qərb
- 19:01
- 680
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq.
Bu barədə Almaniya kansleri Fridrix Merz Berlində Kipr prezidenti Nikos Xristodulides ilə birgə mətbuat konfransında bildirib.
"Biz yaxın həftələrdə Avropa İttifaqı daxilində yeni sanksiyalar paketi hazırlayacağıq", - Merz mətbuat konfransında deyib.
Kanslerin sözlərinə görə, Avropa ölkələri əmindirlər ki, indiki sanksiyalar nəticə verməkdə davam edir.
Mövsüm,
AzNews.az