Tramp Epşteyn fayllarının açıqlanmasını tələb edən qanun layihəsini imzalayıb

Həbsxanada ölü tapılan və qızları hədəf alan cinsi zorakılıq şəbəkəsi idarə etməkdə günahlandırılan milyarder Cefri Epşteynlə bağlı sənədləri ictimaiyyətə açan qanun layihəsinin ABŞ Konqresinin təsdiqindən sonra ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı yeni açıqlamalar verib.

“Truth” sosial media platformasındakı paylaşımında Tramp Epşteyn-in 2019-cu ildə demokratların administrasiyası dövründə deyil, ilk səlahiyyət müddətində rəsmi olaraq ittiham edildiyini xatırladıb və “Epşteyn bütün həyatı boyu Demokratik Partiyanın üzvü olub. O, Demokrat siyasətçilərə minlərlə dollar bağışlayıb” deyib.

Epşteynin tanınmış demokrat siyasətçilərlə, o cümlədən Bill Klintonla yaxın əlaqələri olduğunu iddia edən Tramp, “ Demokratlar və onların Ceffri Epşteynlə əlaqələri haqqında həqiqət tezliklə ortaya çıxa bilər, çünki mən yenicə Epşteyn fayllarını yayımlayan qanunu imzalamışam!”,- deyə vurğulayıb.

Epşteyn ilə bağlı sənədləri ictimaiyyətə təqdim edəcək qanun layihəsinin onun tələbi ilə ABŞ Konqresinin hər iki palatasından keçdiyini ifadə edən Tramp, "Ədliyyə Nazirliyi mənim göstərişimlə artıq təxminən 50 min səhifəlik sənədi Konqresə çatdırıb",- deyə qeyd edib.

Mövsüm,

AzNews.az