- Qərb
- 16:44
- 1 022
Aİ: ABŞ-ın sülh planı təklifini müzakirə etmək üçün Zelenski ilə görüşəcəyik
Rusiya-Ukrayna müharibəsi davam edərkən ABŞ administrasiyası münaqişəni bitirmək üçün 28 maddəlik sülh planı hazırlayıb. Plana dair məlumatların üzə çıxmasından sonra Avropa liderləri videokonfrans formatında təcili məsləhətləşmələr keçirmək qərarına gəlib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, onlar yaxın günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayacaqlar:
“G20 Zirvəsi çərçivəsində liderlərlə son vəziyyəti müzakirə edəcəyik. ABŞ-ın sülh planı ilə bağlı da Zelenski ilə təmasda olacağıq.”
Leyen vurğulayıb ki, Avropanın əsas prinsipi dəyişməzdir:
“Ukraynasız Ukrayna haqqında heç nə müzakirə edilə bilməz.”
Mövsüm,
AzNews.az