Ukrayna ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər - Zelenski

"İndi tariximizin ən çətin anlarından biridir".

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna çox çətin bir seçimlə - ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər:

“Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış, ən çətin və daha çox risk. Onlar bizdən cavab gözləyirlər, amma mən bunu 2019-cu il mayın 20-də Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etməyə sadiq olduğumu deyəndə verdim”.

AzNews.az