- Qərb
- 11:57
- 909
ABŞ Rusiya‑Ukrayna münaqişəsinin həlli prosesində Minsk razılaşmalarının təkrarlanmasını istəmir
ABŞ Rusiya‑Ukrayna münaqişəsinin həlli prosesində Minsk razılaşmalarının təkrarlanmasını istəmir.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq "Fox News"un efirində bildirib.
Onun sözlərinə görə, Vaşinqton gələcək sazişin yerinə yetirilməsinə qismən zəmanət verməyə hazırdır.
"Biz Budapeşt Memorandumuna qayıtmaq istəmirik. Biz "Minsk-1" və ya "Minsk-2"nin təkrarını istəmirik. Zəmanətlərin bir hissəsi ABŞ-nin üzərinə düşəcək", – deyə Kelloq vurğulayıb.
"Minsk-1" 2014-cü ilin sentyabrında Rusiya, Ukrayna və ATƏT nümayəndələrinin daxil olduğu üçtərəfli təmas qrupu tərəfindən imzalanıb və sazişə əsasən Ukraynanın cənub‑şərqindəki aktiv döyüşlər dayandırılıb.
"Minsk-2" isə 2015-ci ilin fevralında Debaltsevo bölgəsində münaqişənin eskalasiyasını dayandırıb. Saziş Almaniya və Fransanın iştirakı ilə imzalanıb. Bu razılaşmalar atəşkəsin təmin olunmasını, əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini, humanitar yardım karvanlarının təhlükəsiz girişini və digər məsələləri nəzərdə tuturdu.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın genişmiqyaslı hücumundan sonra Moskva ilə Minsk razılaşmalarına bənzər sazişlər bağlamaq niyyətində olmadığını bəyan etmişdi.