Almaniya: “Aİ və NATO ilə bağlı bütün məsələlər ABŞ-ın sülh planından çıxarıldı”

Avropanın müzakirə gündəmində ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı barış planı dayanır.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Cenevrədə ABŞ-ın təşəbbüsü ilə keçirilən danışıqları “Deutschlandfunk” radiosuna dəyərləndirib.

Nazir bildirib ki, ABŞ-ın prosesə qoşulmasını və irəliləyiş əldə olunmasını müsbət qarşılayırlar. Onun sözlərinə görə:

“Avropa ilə bağlı bütün məsələlər, eləcə də NATO-ya dair mövzular planın mətnindən çıxarıldı. Bu, dünən əldə etdiyimiz mühüm nailiyyətdir.”

Vadeful əlavə edib ki, Avropa ölkələri və Ukraynanın iştirakı olmadan heç bir razılaşmanın mümkün olmayacağını əvvəldən bildirmişdilər:

“İlk addımı atdıq və Avropanın maraqlarını qorumuş olduq”.

Mövsüm,

AzNews.az