- Qərb
- 25 Noyabr 20:22
- 1 581
AB-də bir ilk: 1,5 milyard avro büdcəsi olan ilk müdafiə proqramı təsdiqləndi
Fransanın Strasburq şəhərindəki Avropa Parlamenti büdcəsi 1,5 milyard avro olan Avropa Müdafiə Sənayesi Proqramını (EDIP) səsverməyə çıxarıb.
Avropanın ilk müdafiə sənayesi proqramı 457 səslə, 148 deputat “xeyr” və 33 deputat bitərəf olmaqla təsdiqlənib. Proqramın 300 milyon avrosu Ukraynaya ayrılıb.
Proqram Avropanın müdafiə texnologiyasını və sənaye infrastrukturunu gücləndirmək və bütün qitədə müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır. Avropa Şurası daha əvvəl proqramla bağlı qeyri-rəsmi razılığa gəlib.
Mövsüm,
AzNews.az