- Qərb
- 16:50
- 314
Almaniya yeni Dron bölmələri yaradacaq
Almaniya Silahlı Qüvvələri 2027-ci ilə qədər öz pilotsuz uçuş aparatları (dron) qüvvələrini formalaşdırmağı planlaşdırır.
Bu barədə Almaniyanın “Tagesschau” portalı məlumat yayıb.
Məlumata görə, Almaniya yaxın illərdə zərbə dronları ilə təchiz olunan altı hərbi bölmə yaratmağı nəzərdə tutur. Orta mənzilli ilk dron batareyasının 2027-ci ildə, daha beş belə bölmənin isə 2029-cu ilə qədər istismara verilməsi planlaşdırılır.
Almaniya zərbə dronlarının xüsusilə Ukrayna müharibəsində uğurla tətbiq olunmasını nəzərə alaraq bu sahəyə ciddi üstünlük verir. Bundan əlavə, 2029-cu ilə qədər Bundesver daxilində uzaqmənzilli pilotsuz sistemlərlə təchiz olunmuş ayrıca bir rota da yaradılacaq.
Mövsüm,
AzNews.az