- Qərb
- 18:20
- 987
Sarkozinin həbs cəzası qüvvədə saxlanılıb
Fransa mediası Ali Apellyasiya Məhkəməsinin keçmiş prezident Nikola Sarkozinin telefon dinləmələri ilə bağlı şikayətini dəyərləndirdiyini bildirib.
Bildirilir ki, Ali Apellyasiya Məhkəməsi Sarkozinin apellyasiya şikayətini rədd edib və aşağı instansiya məhkəməsinin keçmiş prezidentə verdiyi 6 ay müddətinə təxirə salınan 1 il həbs cəzasını qüvvədə saxlayıb.
Bu hökm Sarkozinin Liviya işində mühakimə olunmasından sonra onun cinayət tarixinə dair ikinci son hökmdür.
Mövsüm,
AzNews.az