- Qərb
- 16:32
- 717
ABŞ Venesuelalı mühacirləri deportasiya edir
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem venesuelalı miqrantların ölkədən çıxarılacağını açıqlayıb.
Noem bu barədə NBC News-un “Meet the Press” proqramında danışaraq, qərarı şəxsən özünün verdiyini bildirib.
Nazir qeyd edib:
“Deportasiya qərarlarının harada və nə vaxt icra olunacağına dair qərarlar Daxili Təhlükəsizlik Nazirliyində birbaşa mənə məxsusdur. Təhlükəli cinayətkarların ölkədən uzaqlaşdırılması üçün düzgün addımlar atmağa davam edəcəyik.”
Məhkəmə qərarına zidd hərəkət edib-etmədiyi ilə bağlı suala Noem “Xeyr” cavabını verərək, bəzi hakimlərin “aktivist fəaliyyət göstərdiyini və radikal qərarlar qəbul etdiyini” iddia edib.
ABŞ Ədliyyə Nazirliyinin rəsmilərinin 26 noyabr tarixli açıqlamasına görə, ilin əvvəlində hakimlərin Tren de Aragua dəstəsinin üzvləri olduğu iddia edilən venesuelalı kişilərin Salvadoraya deportasiyasının dayandırılması ilə bağlı qərarına əməl etməyən Tramp administrasiyasının rəsmisi məhz Kristi Noem olub.
Federal Apellyasiya Məhkəməsi isə sentyabr ayında Prezident Donald Tramp administrasiyasının sözügedən miqrantları deportasiya etmək üçün müharibə dövründə tətbiq edilən “Xarici Düşmənlər Aktı”ndan istifadə edə bilməyəcəyinə dair qərar çıxarmışdı.
Mövsüm,
AzNews.az