ABŞ-ın şərqində güclü qış fırtınası: 72 milyon insan üçün xəbərdarlıq edilib

Güclü qış fırtınası ABŞ-ın şərq yarısını bürüyərək bayramdan sonrakı nəqliyyat hərəkətində ciddi çətinliklər yaradıb, yollar və aeroportlarda uzunmüddətli fasilələr riski formalaşdırıb.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, siklon ölkənin şərqinə doğru irəliləyərək güclü qar, donmuş yağış və intensiv yağıntılar gətirib.

Bu barədə “NBC News” televiziya kanalı məlumat yayıb.

Qış xəbərdarlıqları Skalalı dağlardan ABŞ-ın cənub Yeni İngiltərə bölgəsinədək təxminən 72 milyon sakini əhatə edib. Siklonun cənub hissəsində — Hyustondan Atlantaya qədər olan ərazilərdə — 8 sm-dək yağıntı gözlənilir ki, bu da lokal daşqın riskini artırır. Arkanzas, Qərbi Virciniya, Virciniya və Kentukki ştatlarında isə yollarda buzlanma proqnozlaşdırılır.

Orta Qərbdə güclü qar və buz səbəbindən hərəkətin pozulmasından və Missuri ştatında məktəblərin bağlanmasından sonra Şərq sahili də təhlükəli qış havasına hazırlaşır. Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bir sıra dairələrdə fövqəladə vəziyyət elan edib. Bu qərar hakimiyyət orqanlarına əhaliyə operativ yardım göstərmək və resursları səfərbər etmək imkanı verəcək.

Mövsüm,

AzNews.az