Ukrayna rus dilini qorunan dillər siyahısından çıxarıb

Ali Rada rus dilini ölkədə qorunan dillər siyahısından çıxaran qanun layihəsini dəstəkləyib.

Bu barədə Radanın üzvü Volodimir Vyatroviç məlumat verib.

"Ukraynada rus dili artıq Avropa Dillər Xartiyası ilə qorunmur" - o Facebook-da yazıb.

Vyatroviç əlavə edib ki, qanunun lehinə 264 deputat səs verib. Bununla belə, qorunacaq dillər siyahısına hələ də Urum, Rumın, Roman və Çex dili daxil olmaqla digər dillər daxildir.

Mövsüm,

AzNews.az