- Qərb
- 21:59
- 792
Tramp: Ukrayna münaqişəsinin həlli yaxınlaşır
Ukrayna münaqişəsinin həlli yaxın perspektivdə mümkündür.
Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində - 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib.
“Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncu yaxınlaşır. Heç kim bunu etməyib”, – Tramp bildirib.
Dekabrın 4-də də o, Ukraynada münaqişənin həll olunacağına əmin olduğunu demişdi.
Aznews.az