• Qərb
  • 9 Dekabr 17:35
  •  1 515

Almaniya Bundessverinin modernləşdirilməsi üçün 52 milyard avroluq sifarişləri təsdiqləyir

Almaniya Federal Parlamentinin Bundessverin modernləşdirilməsi məqsədilə ümumi dəyəri 52 milyard avro (61 milyard dollar) olan 29 müdafiə sifarişini təsdiqləmək niyyətində olduğu bildirilir.

Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, müdafiə müqavilələri geniş hərbi sahəni əhatə edir. Bunlara:

22 milyard avro əsas hərbi avadanlıq və geyimlərə,

4,2 milyard avro piyadaların döyüş maşınlarına,

3 milyard avro hava hücumundan müdafiə sistemlərinə və onların sursatlarına,

1,6 milyard avro isə peyklərə ayrılacaq.

Məqalə müəllifləri bildirirlər ki, Bundessverin bu miqyasda maliyyələşdirilməsi ilə bağlı qərar Almaniya kansleri Fridrix Mertsin çağırışından sonra qəbul olunub. Kansler vurğulayıb ki, müasir dünya köklü şəkildə dəyişib və artıq Almaniya öz maraqlarını, vətəndaşlarını və ərazisini qorumaq üçün daha güclü imkanlara malik olmalıdır.

Mövsüm,

AzNews.az