- Qərb
- 9 Dekabr 17:41
- 2 215
Tramp: “Maduronun günləri sayılıdır”
ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Politico”nun müxbiri Daşa Burnsun suallarını cavablandırıb.
Müsahibədə Venesuela ilə ABŞ arasındakı gərginlikdən danışan Tramp diqqətçəkən açıqlama verib.
Latın Amerikasında narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən hədəflərə qarşı hərbi müdaxiləni daha da artıracaqlarını söyləyən Tramp Venesuela prezidenti Nikolas Maduronun da adını çəkib.
Aparıcının "Maduronu devirmək üçün nə qədər uzağa gedərdiniz?" sualına cavab olaraq . , Tramp Maduro haqqında "Onun günləri sayılıdır" deyib.
Mövsüm,
AzNews.az