• Qərb
  • 10 Dekabr 19:18
  •  2 539

ABŞ-da təyyarə magistral yolda maşına çırpılıb

ABŞ-ın Florida ştatında ağıllara sığmayan bir qəza baş verib. Hadisəni adi yol-nəqliyyat qəzası kimi qiymətləndirmək çətindir. Qəzanın videosu qısa zamanda internetdə böyük maraq doğurub.

Avtomobil kamerasına düşən görüntülərdə havada uçan təyyarənin magistral yolda hərəkətdə olan avtomobilə çırpıldığı anlar əks olunub.

“The Sun” qəzetinin verdiyi məlumata görə, Floridada Beechcraft 55 tipli təyyarə magistral yola enərək Toyota Camry markalı avtomobilə çırpılıb.

Hadisə arxadan gələn başqa bir avtomobilin kamerası tərəfindən qeydə alınıb.

Mövsüm,

AzNews.az