- Qərb
- 10 Dekabr 19:21
- 2 686
ABŞ döyüş təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar həyata keçirib
ABŞ və Venesuela arasında gərginlik davam edərkən, Amerika döyüş təyyarələri Cənubi Amerika ölkəsinin hava məkanı yaxınlığında görüntülənib.
ABŞ Venesuela sərhədi yaxınlığında "müntəzəm təlim uçuşu" həyata keçirdiyini açıqlayıb.
Uçuş izləmə məlumatlarına görə, ABŞ-a məxsus iki F/A-18 döyüş təyyarəsi Venesuela hava məkanı yaxınlığında 30 dəqiqədən çox uçub.
Adının açıqlanmasını istəməyən ABŞ müdafiə rəsmisi bildirib ki, iki F/A-18 bölgədə “müntəzəm təlim uçuşları” həyata keçirir .
Rəsmi təyyarənin uçuş boyu beynəlxalq hava məkanında qaldığını və missiyanın heç bir təxribat məqsədi daşımadığını bildirib.
Mövsüm,
AzNews.az