• Qərb
  • 10 Dekabr 22:10
  •  1 342

Litva Xarici İşlər Nazirliyi Belarusun müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib

Litva Xarici İşlər Nazirliyi Belarus səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib.

Bu barədə Litva Xarici İşlər Nazirliyinin saytında məlumat verilib .

“Litva Respublikasının Xarici İşlər Nazirliyinə çağırılan Belarus səfirliyinin müvəqqəti işlər vəkili etiraz notası alıb”, - məlumatda deyilir.

Aydınlaşdırılır ki, Belarus səfirliyinin müvəqqəti işlər vəkilinin çağırılması Litvanın hava məkanının Belarus hava şarları tərəfindən pozulması, habelə Avropa İttifaqının (Aİ) əmlakının Belarus tərəfindən qanunsuz ələ keçirilməsi ilə bağlıdır.

Mövsüm,

AzNews.az