- Qərb
- 11 Dekabr 19:52
- 2 458
“Der Spiegel” öz üz qabığında Tramp və Putini “pis adamlar” kimi təsvir edib
ABŞ Prezidenti Donald Trampın məsafəli siyasətləri və Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə apardığı müharibə səbəbləri ilə iki lider bir çox avropalının gözündə düşmənə çevrilib.
Almaniya mərkəzli nüfuzlu Der Spiegel jurnalı mediada böyük səs-küyə səbəb olan bir üz qabığı hazırlayıb.
Jurnalın qapağında Donald Tramp və Vladimir Putin “pis adamlar” kimi təsvir edilib və “İki pis adam, tək hədəf: Tramp və Putin Avropaya necə hücum edir” başlığı ilə dərc olunub.
Mövsüm,
AzNews.az