- Qərb
- 19:09
- 976
ABŞ-da evdə partlayış olub: 6 nəfər yaralanıb
ABŞ-ın Kaliforniya ştatında baş verən dəhşətli hadisə kameralara düşüb.
San-Fransisko Körfəzi Bölgəsindəki bir evdə tezalışan qazın yaratdığı partlayış bölgədəki digər evləri də silkələyib.
Evin damını uçuran və pəncərələrini sındıran partlayış nəticəsində altı nəfər yaralanıb.
Alameda Şəhər Yanğından Mühafizə İdarəsinin rəis müavini Rayan Nişimoto xəstəxanaya aparılan yaralılardan üçünün ağır, digər üçünün isə yüngül xəsarət aldığını bildirib.
Mövsüm,
AzNews.az