İspaniya Ukraynaya 2 milyard avro yardım ayırıb

İspaniya Ukraynaya, o cümlədən hərbi dəstəyi əhatə edən 2 milyard avro məbləğində yardım göstərib. Bu barədə dekabrın 15-də İspaniya Krallığının baş naziri Pedro Sançes Madriddə keçirilən mətbuat konfransında açıqlama verib.

“Biz Ukraynaya ümumilikdə 2 milyard avro yardım ayırmışıq. Bu yardımın tərkibinə müxtəlif növ dəstək, o cümlədən hərbi yardım daxildir”, – deyə Sançesin sözlərini “RİA Novosti” yayıb.

İspaniyanın baş naziri həmçinin bildirib ki, üç ay əvvəl Madriddə Ukraynanın bərpası üçün xüsusi ofis yaradılıb. Bu qurum Ukraynada islahatlar və ölkənin modernləşdirilməsi məsələləri ilə məşğul olacaq.

Mövsüm,

AzNews.az