Avropa Birliyi Rusiyadan olan 14 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib

Avropa Birliyinin (AB) xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların bir hissəsi olaraq 14 fiziki və hüquqi şəxsə qarşı sanksiyaları təsdiqləyiblər.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Bu, Birliyin sosial mediada Rusiyanı dəstəklədiyinə görə ABŞ vətəndaşına - keçmiş Florida şerif müavininə - qarşı sanksiyalar tətbiq etdiyi ilk haldır. Ukrayna münaqişəsi üzrə Fransa və İsveçrədən olan iki ekspert də AB-nin sanksiya siyahısına əlavə edilib .

Genişləndirilmiş Rusiya əleyhinə sanksiyalarının bir hissəsi olaraq, AB Vyetnam və BƏƏ şirkətlərinə də sanksiyalar tətbiq edib.

Mövsüm,

AzNews.az