Donald Tramp fentanili "kütləvi qırğın silahı" adlandırıb

ABŞ Prezidenti Donald Trampın ölkəsi üçün böhrana çevrilmiş narkotik probleminə qarşı mübarizəsi o qədər şiddətlə irəliləyir ki, Venesuela kimi Latın Amerikası ölkələri ilə müharibəyə bənzər gərginlik yaradır.

Prezident Tramp narkotiklərə qarşı daha bir mühüm addım atıb.

Tramp imzaladığı sərəncamla fentanili "kütləvi qırğın silahı" kimi təyin edib və potensial kimyəvi silah kimi təsnif edib.

İcra sərəncamı Pentaqon və Ədliyyə Nazirliyindən fentanilin istehsalı və paylanmasına qarşı daha sərt tədbirlər görməsini tələb edir.

Hökumət bildirib ki, bu addım "cəmiyyətə zəhər satan kartellərə və xarici şəbəkələrə qarşı mübarizədə əlindəki bütün vasitələrdən istifadə etmək" deməkdir və fentanil ABŞ düşmənləri tərəfindən "məktəbli, genişmiqyaslı terror hücumları" üçün istifadə edilə bilər.

Trampın sərəncamına görə, "Qanunsuz fentanil narkotikdən daha çox kimyəvi silaha daha yaxındır".

"The Guardian" qəzeti yazıb ki, qərarın milli siyasətə necə təsir edəcəyi hələlik məlum deyil.

ABŞ Daxili Təhlükəsizlik Departamentinə görə, "radioloji, kimyəvi, bioloji və ya çox sayda insana zərər vermək məqsədi daşıyan hər hansı bir cihaz" kimi müəyyən edilən kütləvi qırğın silahlarından istifadə etməyə cəhd və ya istifadə etməklə hədələmək cinayətdir.

Mövsüm,

AzNews.az