- Qərb
- 11:00
- 1 613
BP-nin Baş icraçı direktoru dəyişir
Gələn il aprelin 1-dən Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru (CEO) hazırda "Avstraliya Woodside Energy"yə rəhbərlik edən Meq O`Nil (Meg O"Neill) olacaq.
Aznews.az BP-yə istinadən xəbər verir ki, Myurrey Okinkloss bu gündən CEO və şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk etmək qərarına gəlib.
O`Nil vəzifəyə başlayana qədər CEO vəzifəsini müvəqqəti olaraq "Supply, Trading & Shipping" istiqamətinə rəhbərlik edən BP-nin vitse-prezidenti Kerol Houl icra edəcək.
M.Okinkloss öz növbəsində "sərbəst keçid dövrünü təmin etmək üçün" 2026-cı ilin dekabrına qədər BP-də məsləhətçi kimi qalacaq.
55 yaşlı O`Nil 2021-ci ildən "Woodside Energy"yə rəhbərlik edir.