• Qərb
  • 4 Yanvar 22:54
  •  6 948

Tramp Delsini də hədələdi: "Onu Madurodan betər cəza gözləyir"

ABŞ-dən Venesuelaya yeni hədələr: Tramp Rodrigezi açıq şəkildə təhdid etdi

ABŞ Prezidenti Donald Tramp telefon müsahibəsində Venesuelanın yeni lideri Delsi Rodrigesə qarşı sərt mesajlar verib. Tramp bildirib ki, əgər Rodriges “doğru olanı etməsə”, onu keçmiş prezident Nikolas Madurudan da ağır cəza gözləyə bilər. Xatırladaq ki, Maduro hazırda Nyu-Yorkda həbsdədir.

Tramp Venesuelada Maduronun ələ keçirilməsi ilə nəticələnən ABŞ hərbi müdaxiləsini müdafiə edib və Rodrigezin bu müdaxiləni rədd etməsini “qəbuledilməz” adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, Venesuela ABŞ müdaxiləsinə məruz qalan son ölkə olmaya bilər.

Müsahibə zamanı Tramp Qrenlandiya məsələsinə də toxunaraq, adanın ABŞ üçün “mütləq lazım” olduğunu deyib və onu Rusiya və Çin gəmiləri ilə əhatə olunmuş strateji ərazi kimi qiymətləndirib. Bu açıqlama Trampın xarici siyasətdə daha sərt və müdaxiləçi xəttə keçdiyini göstərir.

Qeyd edək ki, Tramp bundan əvvəl ABŞ-ın Venesuelanı müvəqqəti olaraq “idarə edəcəyini” demiş, Delcy Rodrigesin Vaşinqtonla əməkdaşlığa hazır olduğunu iddia etmişdi. Lakin Rodriges bu fikirləri dərhal təkzib edərək Venesuelanın “heç vaxt yenidən müstəmləkə olmayacağını” bəyan edib və Maduronun geri qaytarılmasını tələb edib.

Tramp isə Venesuelada rejim dəyişikliyi və ölkənin yenidən qurulmasını mümkün variant kimi dəyərləndirərək bildirib: “Venesuela tam iflas etmiş ölkədir. Yenidən qurmaq indiki vəziyyətdən daha pis ola bilməz.”

Bu açıqlamalar ABŞ-ın Venesuelada daha genişmiqyaslı hərbi iştirak və hətta işğal ehtimalını artırır.

AzNews.az