• Qərb
  • 5 Yanvar 16:23
  •  2 402

Fransada Bricit Makronu lağa qoyduqlarına görə 10 nəfər məhkum edilib

Fransa siyasətində həm sensasion, həm də hüquqi müzakirələrə səbəb olan bir hadisə baş verib.

Prezident Emmanuel Makronun özündən 24 yaş böyük olan həyat yoldaşı Bricit Makronun kişi olaraq doğulduğu və daha sonra cinsiyyətini dəyişdirmə əməliyyatı keçirdiyi iddiası, eləcə də yaş fərqi ilə bağlı tənqidlər sosial mediada tez-tez müzakirə olunur.

Paris məhkəməsi Fransa prezidentinin həyat yoldaşı haqqında rəqəmsal platformalarda bu iddiaları irəli sürdüklərinə görə on nəfəri günahkar bilib.

CNN-in məlumatına görə, Bricit Makronun pedofil ola biləcəyini iddia edən "pis niyyətli" şərhlər verdikləri, cinsinə, cinsi oriyentasiyasına və əri ilə arasındakı yaş fərqinə istinad etdikləri üçün səkkiz kişi və iki qadına səkkiz aya qədər şərti həbs cəzası verilib.

Sosial mediada yayılan Bricit Makronun transgender olduğunu və onun Jean-Michel Tronye adlı bir kişi olaraq doğulduğu iddiası bir çox istifadəçinin diqqətini cəlb edir.

Nəzəriyyələrə cavab olaraq, Jan-Mişel Tronyenin əslində Bricit Makronun qardaşı olduğu bildirilir.

Mövsüm,

AzNews.az