- Qərb
- 5 Yanvar 17:18
- 1 901
Maduro və həyat yoldaşı helikopterlə məhkəməyə aparılıb
Nikolas Maduro məhkəmə prosesində iştirak etməsi üçün təcridxanadan çıxarılıb.
Aznews.az xəbər verir ki, Maduro və həyat yoldaşı helikopterlə Nyu-York məhkəməsinə aparılıb.
Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, Maduronun məhkəməsi Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.