• Qərb
  • 6 Yanvar 11:03
  •  2 618

Ağ Ev qəti danışır: Qrenlandiya bizimdir!

Qrenlandiya Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmalıdır.

APA xəbər verir ki, bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.

O, eyni zamanda, adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib.

“Prezident aylar ərzində açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi olmalıdır. Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya getməyəcək. Hərbi əməliyyat barədə düşünmək və ya danışmaq belə lazım deyil”, – Miller vurğulayıb.

Aparıcı Millerdən birbaşa şəkildə hərbi müdaxilənin istisna edilib-edilmədiyini soruşduqda, o, cavabdan yayınıb, bunun əvəzində Danimarkanın Arktika ərazisinə iddialarını şübhə altına alıb.

“Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın müstəmləkəsi olması iddiası nəyə söykənir? ABŞ NATO-nun əsas gücüdür. ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Buna görə də bu, ölkə olaraq müzakirə edəcəyimiz bir məsələdir”, – o fikrini yekunlaşdırıb.

AzNews.az