- Qərb
- 6 Yanvar 11:30
- 2 167
İspaniya Trampın qarşısına prinsip qoydu
Ukrayna, Qəzzada və hazırda Venesuelada gərginliyin artması ilə dünya gərginlik altındadır və bir çox lider bu böhranlarla bağlı şərhlər verir.
İspaniyanın Baş naziri Pedro Sançez sosial media hesabında Venesueladakı hadisələr və ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına münasibət bildirib.
Sançez bildirib: "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə olunmayan bir prinsipdir. Ukraynadan Qəzzaya qədər, o cümlədən Venesuelaya qədər".
İspaniya lideri açıqlamasında Danimarka ilə ABŞ arasında Qrenlandiya gərginliyinə də toxunaraq Danimarkaya dəstəyini ifadə edərək vurğulayıb: " İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik göstərəcək".
Mövsüm,
AzNews.az