• Qərb
  • 9 Yanvar 10:45
  •  4 227

Tramp Venesueladan əldə etdiyi neft gəlirlərini açıqlayıb

ABŞ prezidenti Donald Tramp bölgədəki vəziyyəti, ABŞ-ın rolunu və hərbi müdaxilədən sonra Venesuelanın gələcəyini qiymətləndirib.

Trampın Fox News-da verdiyi "Biz Venesuelanı tamamilə ələ keçirdik" açıqlaması diqqət çəkib.

Prezident Tramp Venesuelanı "güclü və yaxşı" edəcəklərini və nəticədə ölkədə demokratik seçkilərin keçiriləcəyini söyləyib.

Donald Tramp əvvəllər ABŞ-ın Venesuela üzərində gücə malik olduğunu bildirsə də, Venesuela hökumətinin ABŞ-a qarşı müqavimət ritorikası onun sözlərini şübhə altına almışdı.

ABŞ prezidenti bildirib ki, "Biz gündə 4 milyard dollar dəyərində neft alırıq. Bu, artacaq.

Bütün əsas neft şirkətləri gəlir".

Donald Tramp neft gəlirlərinin bir hissəsini ABŞ, digər bir hissəsini isə Venesuelanın alacağını bildirib.

Prezident Tramp Venesuelaya hərbi müdaxiləsini tərifləyərək, "Biz regiona sabitlik gətirdik. Biz sabitlik və neft qiymətlərini daha aşağı saldıq", - deyə qeyd edib.

Mövsüm,

AzNews.az