• Qərb
  • 9 Yanvar 14:41
  •  1 264

ABŞ şirkətləri Venesuelanın neft-qaz sektoruna 100 milyard dollar yatıracaq

ABŞ Prezidenti Donald Tramp Venesuelanın enerji sektoruna investisiyaları müzakirə etmək üçün bu gün ölkənin iri neft şirkətlərinin nümayəndələri ilə görüşəcəyini bildirib.

Aznews.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Siyasi məhbusların azad edilməsi vacib və ağıllı addımdır. ABŞ və Venesuela neft-qaz infrastrukturunun daha geniş miqyasda, daha keyfiyyətli və müasir formada bərpasında uğurla əməkdaşlıq edir. İri neft şirkətləri ən azı 100 milyard dollar investisiya yatırırlar", - o yazıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Venesuelaya qarşı gözlənilən ikinci dalğa zərbələrini ləğv edib, lakin ABŞ donanması öz mövqelərində qalacaq.